Prezident və xanımı vida mərasimində iştirak etdi

12:33 - 29.12.2024


29 dekabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı-Qroznı istiqamətində uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.