Məşhur şirkət Türkiyədə dron fabriki quracaq

10:47 - 6.01.2025


6 yanvar, Fineko/abc.az. ABŞ-nin texnologiyalar və müdafiə sahəsi üzrə fəaliyyət göstərən “ZenaTech” şirkəti Türkiyəyə böyük sərmayə qoymağı planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, şirkət pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək müəssisə quraraq 1 000 ədəd “ZenaDrone 1000” istehsal etməyi hədəfləyir.

Bu addım Türkiyənin PUA istehsalındakı gücünü və beynəlxalq rəqabət qabiliyyətini artıracaq, ölkənin müdafiə sənayesi ixracatındakı uğurunu gücləndirəcək və xarici şirkətlərin Türkiyəyə marağını artıracaq.

Yeni müəssisə kəşfiyyat, müşahidə, hədəfləmə başda olmaqla, müdafiə üzrə dron tətbiqlərini sınaqdan keçirəcək. Həmçinin, eyni vaxtda uçan birdən çox dronun idarə edilməsinə imkan verəcək mobil Dron Komanda Mərkəzi quracaq ki, bu mərkəz kommunikasiya və nəzarət baxımından mühüm rol oynayacaq.