14:41 - 6.01.2025
6 yanvar, Fineko/abc.az. “AzSığorta” ASC 2024-cü ilin 11 ayında 8 milyon 347 min manat həcmində sığorta haqqı toplayıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, şirkətin yığımları son bir illə müqayisədə 548 min manat, başqa sözlə 7% artıb. Əvvəlki ilin eyni dövründə “AzSığorta” ASC-nin yığımları 7 milyon 799 min manat olub.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği isə 1 milyon 448 min manat olub ki, bu da illik müqayisədə 5 milyon 676 min manat və ya 4,9 dəfə azalma deməkdir. Ötən ilin eyni dövründə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 7 milyon 124 min manat sığorta ödənişi edilib.
Şirkətin zərərlilik göstəricisi isə 17% təşkil edib.
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025