Hepatit C – qaraciyərin gizli düşməni

16:10 - 5.09.2018


5 sentyabr, Fineko/abc.az. Hepatit C qaraciyərin virus infeksiyası olub, əsas 6 genotipə (TİP-1,2,3,4,5,6) malikdir. Ən çox yayılmış forması Tip 1 və Tip 2, ən az yayılan genotipləri isə Tip 5 və Tip 6-dır.

Simptomları: Xəstəlik əksər hallarda siptomsuz və ya zəif və qripəbənzər  əlamətlərlə keçir. İnkubasiya dövrü- yəni yoluxmadan ilkin simptomlar meydana çıxanadək olan dövr 7-8 həftədir. Simptomlara- ürək bulanma, ümumi zəiflik, halsızlıq, iştahasızlıq, hərarət, baş və qarın ağrısı aiddir. Xəstəlik uzun illər gizli inkişaf edə bilir.  Virusun fəaliyyəti nəticəsində qaraciyərin hüceyrələri dağılaraq məhv olur. Bu da bir müddət sonra sirroza, qaraciyər xərçənginə və qaraciyər çatışmazlığına səbəb ola bilər.

Kimlər Hepatit C ilə yoluxma risk qrupuna daxildir? Xəstəlik əsasən -90% hallarda qanla yoluxur. Hamilə anadan dölə 5% hallarda, cinsi yolla isə 3% hallarda yoluxma mümkündür. Qan köçürülən şəxslər, vena daxili narkotiklərdən istifadə edənlər, hemodializ xəstələri, hemofiliya xəstələri (davamlı qan transfuziyası aldıqları üçün), stomatolji və ginekoloji müdaxilə keçirənlər, kəsici-dəlici cisimlə kəsik alanlar (həkimlər əməliyyat zamanı), tatuaj etdirənlər, cinsi partnyoru çox olanlar, homoseksuallar, gözəllik salonlarına çox müraciət edənlər (manikür, pedikür və s) Hepatit C-yə yoluxma risk qrupuna daxildirlər.

Müalicə mümkündürmü? Tibbin son nəaliyyətləri hesabına artıq hepatit C nin müalicəsi tam mümkündür. Virusun genotipi, xəstəliyin mərhələsi və ağırlıq dərəcəsindən asılı olaraq müalicə müddəti fərqli ola bilər.

Bütün xəbərlər