"Facebook"un istifadəçiləri bu qədər azalıb

15:48 - 6.01.2025


6 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycanda sosial şəbəkələrin istifadəsində son illərdə ciddi dəyişiklik olub.

ABC.AZ xəbər verir ki, son vaxtlarda Facebook iki il ərzində sabitliyini qoruyub.

Belə ki, 2023-cü ildə bu platformanın istifadəçi payı 17.34% olduğu halda, 2024-cü ildə bu göstərici 15.87% təşkil edib.

Eyni zamanda, YouTube Azərbaycanda populyar video məzmun platforması olaraq qalır. 2023-cü ildə YouTube-un istifadəçi payı 11.67% olmuş, 2024-cü ildə isə bu rəqəm azalmış və 10.1% təşkil edib.

Müəllif: Elmir Murad