Çin "Yaşıl zolağın" tikintisinin başa çatdığını elan edib

16:17 - 6.01.2025


6 yanvar, Fineko/abc.az. Çin hakimiyyəti, ölkə ərazisindəki ən iri və dünyanın ikinci ən böyük hərəkətli qum səhrası olan Takla-Makanın ətrafında salınan müxtəlif ağac növlərindən ibarət olan meşə zolağının ("Yaşıl zolaq") tamamlandığını elan edib.

ABC.AZ xəbər verir ki, qumlarının sahəsi 300 min kvadratmetrə çatır ki, bu da təxminən Almaniya ərazisinə bərabərdir. Ətrafındakı süni meşə zolağının uzunluğu 3 min km-ə çatır. Onun yaradılması ilə bağlı bütün işlər Çinə 46 ilə başa gəldi, prosesdə təxminən 600 min insan iştirak edib.