Dünyanın ən iri neft limanları su altında qala bilər — Səbəb

16:43 - 6.01.2025


6 yanvar, Fineko/abc.az. Dünyanın ən iri neft limanları dəniz səviyyəsinin bir metr qalxması halında su altında qala bilər.

ABC.AZ xəbər verir ki, bu barədə, İsveç iqlim təşkilatı International Cryosphere Climate Initiative (ICCI) tərəfindən aparılan araşdırmalarda deyilir.

Qeyd olunur ki, ÇXR, Niderland, BƏƏ, Koreya Respublikası, Rusiya, Səudiyyə Ərəbistanı, Sinqapur və ABŞ-dakı 13 liman risk zonasındadır. Ən həssas limanlar Səudiyyə Ərəbistanındakı Ras Tannura və Yanbu limanlarıdır, bunlar vasitəsilə Krallıq neftinin 98%-ni ixrac edir.