Yığımları 2 milyon 434 min manat çoxalan sığorta növü - Hesabat

16:31 - 7.01.2025


7 yanvar, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 75 milyon 43 min manat təşkil edib.

Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 434 min manat və ya 3% çoxdur.

Belə ki, 2023-ci ilin yanvar-noyabr aylarında bu göstərici 72 milyon 610 min manat təşkil edib.

Bu dövrdə bu növ sığorta ödənişləri 2 milyon 44 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 694 min manat və ya 2,3 dəfə azdır.

2023-cü ilin eyni dövründə 4 milyon 737 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 3% təşkil edib ki, buda illik 4% azdır. 2023-cü ilin 8 ayının nəticələrinə görə zərərlilik əmsalı 7% olub.