Mərkəzi Bank “Premium Bank”a daha bir xidmət üçün lisenziya verdi

17:21 - 7.01.2025


7 yanvar, Fineko/abc.az. Mərkəzi Bank “Premium Bank” ASC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda Azərbaycanda 57 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib.

Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,47 % payla Zərifə Həmzəyeva, 15,22 % payla “VIP Aviation Services” MMC və 0,31 % payla Elvira Əhmədovadır.