Sosial Xidmətlər Agentliyi Salyanda 32 ədəd mənzil alır

10:38 - 8.01.2025


8 yanvar, Fineko/abc.az. Sosial Xidmətlər Agentliyi tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə Əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Salyan rayonunda 32 ədəd üçotaqlı mənzilin satın alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 3.283.200 manat təşkil edir.