Xaricdə təhsil alan tələbələrin təqaüdləri artırıla bilər

16:07 - 8.01.2025


8 yanvar, Fineko/abc.az. Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova 2025/2026-cı tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələrin təqaüdlərin artırılması bizim üçün prioritetdir, bu məsələyə baxılır”. (APA)