Qazaxıstandan Azərbaycana taxıl tədürükü 86 faiz artıb

15:14 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. 2024-cü ildə “Qazaxıstan Dəmir Yolları” SC şəbəkəsi üzrə ümumi taxıl daşınmasının həcmi 10,6 milyon ton təşkil edib.

ABC.AZ xəbər verir ki, daxili daşımalar 13% artaraq 2,5 milyon tonu ötüb, ixrac isə 8,1 milyon ton təşkil edib.

Azərbaycan istiqamətində taxıl daşımalarının həcmi 2024-cü ildə 86% artıb.

Oxşar müsbət dinamika digər ölkələrlə ticarətdə də müşahidə olunur: Tacikistana ixrac 20%, Qırğızıstana 92%, İrana tədarük isə iki dəfə artıb. (Azərtac)