Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verilib

11:46 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. Energetika Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, daxil olan müraciətlərin cevik qəbul edilməsi və icrasının təmin edilməsi, energetika sahəsinə və nazirliyin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılması məqsədilə “974” Çağrı Mərkəzi istifadəyə verilib.

Energetika Nazirliyinin Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan "012 974" nömrəsini yığmaqla Çağrı Mərkəzinə zəng edə bilərlər.

Vətəndaşlar tərəfindən Cağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zənglərin, sorğu və müraciətlərin qəbulu və icrası müvafiq qaydada həyata keçiriləcəkdir.

Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərəcəkdir.

Vətəndaşlar Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı irad və təkliflərini [email protected]ünvanına göndərə bilərlər.