14:23 - 10.01.2025
10 yanvar, Fineko/abc.az. Azərbaycanda yanvar-noyabr ayları üzrə kreditlərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 799 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 397 min manat və ya 41% çoxdur.
2023-cü ilin yanvar-noyabr aylarında bu göstərici 3 milyon 401 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 69 min manat təşkil edib Ötən ilin eyni dövründə cəmi 3 manat sığorta ödənişi olunub. Ödənişlər 66 min manat (22,6 dəfə) artıb.
Hesabat dövründə zərərlilik göstəricisi isə 1% təşkil edib.
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025