İki kəndin layihələndirilməsini 1,8 milyon manata görəcəklər

10:21 - 13.01.2025


13 yanvar, Fineko/abc.az. Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxs “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu və İnteqris MMC ilə məbləği 1.8 milyon manat olan 2 müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, 1-ci müqavilədə Laçın rayonunda Kürdhacı kənd yaşayış məntəqəsinin 1-ci mərhələ üzrə layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin məbləği isə 907.790 manatdır.

2-ci müqavilədə Laçın rayonunda Ərikli kənd yaşayış məntəqəsinin 1-ci mərhələ üzrə layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 910 370 manatdır.