VTB (Azərbaycan) MİDA ilə əməkdaşlıq sazişi imzalayıb

12:53 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. Bank VTB (Azərbaycan)  MİDA ilə əməkdaşlıq müqaviləsinin imzalanması nəticəsində mənzillərin güzəştli ipoteka kreditləri ilə verilməsinə başlayıb.

Agentliyə aid daşınmaz əmlakı  10% ilkin ödənişlə, illik 4%, 30 il müddətinədək güzəştli ipoteka krediti  vasitəsilə əldə etmək mümkündür.

Agentliyin komplekslərində mənzil almaq üçün Bank VTB (Azərbaycan)-dan  güzəştli  kreditlərin  əldə edilməsi məqsədilə “Elektron hökumət” portalında yaradılmış “Güzəştli  mənzil” sistemində qeydiyyatdan keçmək və “şəxsi elektron kabinet yaratmaq lazımdır.

Güzəştli ipoteka krediti vasitəsilə güzəştli mənzil əldə etmək hüququna malik şəxslərin siyahısı ilə  Agentliyin saytında tanış olmaq mümkündür.

VTB (Azərbaycan) MİDA ilə əməkdaşlıq müqaviləsi imzalayan beşinci agent-bank oldu.