Ağdamda tikiləcək bir binaya 24 milyon manat xərclənəcək

11:05 - 13.01.2025


13 yanvar, Fineko/abc.az. “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə “Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 23 740 447 manatdır.