Bu ölkədə dünyanın ilk karbon lifli metro qatarı işə salındı

15:03 - 13.01.2025


13 yanvar, Fineko/abc.az. Çində CETROVO 1.0 Carbon Star Express — dünyanın ilk karbon lifli metro qatarı istifadəyə verildi.

ABC.AZ xəbər verir ki, artıq Şandong əyalətinin Qingdao şəhərindəki 1 nömrəli metro xətti ilə sərnişin daşımağa başlayıb. CSR Qingdao Sifang Co şirkətinin məlumatına görə, CATROVO 1.0 oxşar ölçülü ənənəvi qatarlardan 11% yüngüldür. Çəkinin az olması 7% daha az enerji sərf etməyə imkan verir ki, bu da hər il karbon dioksid emissiyalarını təxminən 130 ton azaldır.

Çin mediasına görə, bu, 6,7 hektar meşə salınmasına bərabərdir.