Britaniya hökuməti süni intelektin inkişafına 14 milyard funt sterlnq investisiya qoyacaq

15:52 - 13.01.2025


13 yanvar, Fineko/abc.az. Böyük Britaniya hökuməti iqtisadi artımı sürətləndirmək və ictimai xidmətlərin effektivliyini artırmaq üçün süni intellektin (AI) tətbiqini genişləndirməyi planlaşdırır. Artıq hökumət bu istiqamətdə işlərə başlayıb. Belə ki, elan olunacaq süni intellekt imkanları fəaliyyət planı çərçivəsində aparıcı texnologiya şirkətləri müxtəlif layihələrə 14 milyard funt sterlinq sərmayə qoymaq öhdəliyi götürüb.

ABC.AZ xəbər verir ki, hökumət bu layihələrlə 13 min 250 yeni iş yeri qurulacağını bildirib. Plan çərçivəsində inkişaf zonalarının yaradılması nəzərdə tutulur və süni intellekt texnologiyasının yol problemi kimi məsələlərin həllinə dəstək vermək üçün istifadə olunacağı vurğulanır.

Hökumət süni intellekt üzrə məsləhətçi Matt Klifforda süni intellektin inkişafını dəstəkləmək və onun ictimai xidmətlərdə tətbiqi üçün fəaliyyət planı hazırlamaq vəzifəsini həvalə edib.