ABŞ Rusiya və Çinə qabaqcıl çiplərin və güclü AI modellərinin idxalını qadağan edib

17:28 - 13.01.2025


13 yanvar, Fineko/abc.az. ABŞ Prezident Administrasiyası bu gün qabaqcıl süni intellekt çiplərinin və modellərinin Rusiya, Çin və bir sıra digər ölkələr kimi ABŞ-ın əleyhdarlarının əlinə keçməsinin qarşısını almaq üçün hazırlanmış yeni radikal və ziddiyətli İxrac Nəzarəti qaydalarını elan edib.

ABC.AZ xəbər verir ki, Bayden administrasiyası tərəfindən hazırlanan yeni "AI paylama qaydası" dünyanı Amerikanın ən qabaqcıl AI çiplərinə və alqoritmlərinə nisbətən sərbəst girişə icazə verilən ölkələrə və bu texnologiyalara daxil olmaq üçün xüsusi lisenziyalara ehtiyac duyacaq ölkələrə ayırır. ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu tərəfindən tətbiq ediləcək qayda ilk dəfə ən güclü AI modellərinin hərəkətini məhdudlaşdıracaq.

Etibarlı ölkələrin siyahısına ABŞ-ın əsas müttəfiqləri daxildir: Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya, Fransa, Almaniya, Belçika, Danimarka, Finlandiya, İrlandiya, İtaliya, Hollandiya, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, İspaniya, İsveç və Tayvan. Bu ölkələrin şirkətləri ABŞ şirkətlərindən istənilən AI çiplərini və alqoritmlərini maneəsiz əldə edə biləcəklər.