10:47 - 14.01.2025
14 yanvar, Fineko/abc.az. Los-Ancelesin şiddətli yanğınlardan təsirlənən ərazilərinin bərpası on milyardlarla dollara başa gələcək.
ABC.AZ xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden federal hakimiyyət nümayəndələri ilə brifinqdə bildirib.
Bayden jurnalistlərlə keçirdiyi brifinqdə deyib ki, Los-Ancelesi bərpa etmək üçün on milyardlarla dollar dəyərində əhəmiyyətli maliyyə resursları tələb olunacaq.
“Konqres fəaliyyətini aktivləşdirməli və lazımi vəsaiti ayırmalıdır. Biz, bunu öhdəsindən gələcəyik”, — deyə o bildirib.
Qeyd edək ki, yanvarın 7-də Los-Anceles dairəsində başlayan meşə yanğınları ştat tarixində ən miqyaslı yanğın olub. Hakimiyyət orqanlarının məlumatına görə, yanğınların ümumi sahəsi 16 000 hektarı keçib. Məşhur insanların evləri də daxil olmaqla 12 300-dən çox bina yanaraq külə dönüb.
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025