Daxili İşlər Nazirliyinə məxsus maşınlar satışa çıxarılır

15:01 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. 18 fevral 2025-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin və avadanlıqların siyahısı açıqlanıb.

ABC.AZ xəbər verir ki, hərrac günü sifarişçilərin hərrac zalına daxil olmaq üçün qeydiyyatı saat 09:45-dək aparılır.

1-13 -cü sətirdə olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 14-16-cı sətirdə olan nəqliyyat vasitələri 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır. 17-24-cü sətirdə olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. 25-ci sətirdə olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır