Ötən il dünyada satılan elektromobillərin yarıdan çoxu Çinə məxsus olub

15:16 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. 2024-cü ildə dünya üzrə elektrik avtomobillərin satışı 2023-cü illə müqayisədə 25 faiz artıb.

ABC.AZ xəbər verir k, bu barədə Böyük Britaniyanın “Rho Motion” araşdırma şirkətinin illik hesabatında qeyd olunub. Məlumata görə, 2024-cü ildə dünyada 17,1 milyon elektrik avtomobil satılıb.

Qeyd edilib ki, Avropa bazarında elektrik avtomobil satışları 2024-cü il 2023-cü ilə nisbətən 3 faiz azalaraq 3 milyona enib. Avropada ilin sonuna doğru İngiltərə bazarı 400 mindən çox satılan elektromobil ilə Almaniyanı qabaqlayıb. Almaniyada 2023-cü ilin sonuna doğru elektrik avtomobil subsidiyalarının ləğvindən sonra 2024-cü ildə satışlar azalıb.