Gələn il 2 neft yatağının işlədilməsindən büdcəyə bu qədər vəsait daxil olacaq

16:52 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. 2025-ci ildə Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarını işlədən neft-qaz şirkətlərindən dövlət büdcəsinə 1,95 milyard manat mənfəət vergisinin daxil olacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, AÇG layihəsinin səhmdarlarının 2025-ci ildə Azərbaycanın büdcəsinə neftin orta qiymətinin 70 ABŞ dolları olmaqla 450 milyon manat mənfəət vergisi ödəyəcəyi gözlənilir.

Şahdəniz layihəsi üzrə fəaliyyət göstərən şirkətlərin mənfəət vergisi ödənişləri isə 1,5 milyard manat proqnozlaşdırılıb. Bu proqnoz qazın 1000 kubmetri üçün orta qiymətinin 242 ABŞ dolları olmaqla müəyyən edilib.