“LUKoil” şirkətinin rəhbəri dəyişdi

17:24 - 14.01.2025


14 yanvar, Fineko/abc.az. “LUKoil”in Direktorlar Şurası, baş icraçı direktor Vadim Vorobyovun səlahiyyətlərini vaxtından əvvəl ləğv etmək qərarına gəlib.

ABC.AZ xəbər verir ki, Sergey Koçkurov şirkətin yeni rəhbəri təyin edilib.

Vadim Vorobyov yanvarın 10-da Rusiya enerji sektoruna qarşı tətbiq olunan ABŞ sanksiyalarına məruz qalmışdı. O, “LUKoil” şirkətinə 2022-ci ilin yazından rəhbərlik edirdi.