Yanvarda daha neçə gün iş olmayacaq?

10:32 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. Yanvar ayında daha 6 gün qeyri-iş günü olacaq.

ABC.AZ xəbər verir ki, 20 Yanvar – Ümumxalq Hüzn Günü də qeyri-iş günü hesab olunur.

Bundan əlavə, Mərkəzi Seçki Komissiyası yanvarın 29-da bələdiyyə seçkilərinin keçiriləcəyini elan edib. Qanunvericiliyə əsasən, seçki günləri qeyri-iş günü hesab edilir.

Yanvar ayının 18, 19, 25, 26-sı şənbə-bazar günləri olduğunu da nəzərə alsaq, ümumilikdə daha 6 gün qeyri-iş günü olacaq.