Azərbaycan bir ildə 24 milyon tondan çox neft-kondensat ixrac edib

10:38 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. 2024-cü ildə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 29,1 milyon ton, ixracı isə 24,4 milyon ton olub.

ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, ötən il 2023-cü illə müqayisədə 2 milyard kubmetr artımla 50,3 milyard kubmetr qaz hasil edilib. 25,2 milyard kubmetr qaz isə ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.