11:56 - 15.01.2025
15 yanvar, Fineko/abc.az. Çexiya TAL və IKL boru kəmərləri vasitəsilə Qərb marşrutu ilə neft tədarükünə tam şəkildə keçməyə hazırdır, İtaliyanın TAL neft kəmərinin genişləndirilməsi üçün texnoloji modifikasiyalar başa çatıb.
ABC.AZ xəbər verir ki, bunu ölkənin baş naziri Petr Fiala jurnalistlərə açıqlamasında deyib.
“TAL boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üzrə işlər tamamlanıb. Bu, respublikanı ildə əlavə 4 milyon ton neftlə təmin etməyə imkan verəcək, yəni Çexiya ildə 8 milyon tona yaxın neft idxal edə biləcək ki, bu da ölkədəki bütün istehlakı qarşılayacaq. Biz artıq Rusiyadan neft tədarükündən asılı deyilik”, – o bildirib.
Çexiya ildə 8 milyon tona yaxın neft istehlak edir ki, bunun da təxminən yarısı hazırda Rusiyanın “Drujba” neft kəməri ilə Ukrayna ərazisindən, qalan hissəsi isə İtaliyanın Triest liman şəhərindən keçən TAL neft kəmərinə qoşulmuş IKL neft kəməri (İnqolştadt, Almaniya) ilə nəql edilir.
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
19 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025