Hazırda respublika üzrə uçotda olan 1.597.229 vergi ödəyicisi var

12:25 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.597.229 vergi ödəyicisinin 87 faizi fiziki şəxs, 13 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında qeyd olunub.

Sözügedən məlumatda bildirilir ki, 2024-cü ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 7,3 faiz artıb.

Qeyd edilib ki, 2025-ci ilin yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 190.367 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8 faiz çoxdur.