Ötən il 14.441 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib

12:32 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. 2024-cü ildə 14.441 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib.

ABC.AZ xəbər verir ki, bunun da 89,3 faizi (12 896) yerli investisiyalı, 10,7 faizi (1545) xarici investisiyalı qurumlardır.

Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 83,4 faizi elektron qaydada, 16,6 faizi kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb.

Yerli investisiyalı MMC-lərin e-qeydiyyatda xüsusi çəkisi 94 faiz təşkil edib. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 12.051-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 9.780-i Asan İmza ilə, 2.221-i “Finkod + mobil nömrə” üsulu ilə, 50-si isə “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.