Səsdən sürətli təyyarənin prototipi transonik sürətə çatdı

16:50 - 15.01.2025


15 yanvar, Fineko/abc.az. Boom Supersonic, səsdən sürətli hava daşımalarını geri qaytarmaq üçün daha bir addım atıb: XB-1 prototipi, son sınaq uçuşunda Maxa 0.95 transonik sürətə çataraq 9 km yüksəkliyə qalxıb. 

ABC.AZ xəbər verir ki,  təyyarə hələ səs baryerini keçməsə də, onun konstruksiyası Maxa 1.1-də uçuşlara yaxın şəraiti sınaqdan keçirib. Şirkət, məsələn, Nyu-Yorkdan Londona uçuşu üç saata endirərək sərnişinləri Maxa 2.2-də daşıyacaq bir kommersiya layneri yaratmağı hədəfləyir.