17:31 - 15.01.2025
15 yanvar, Fineko/abc.az. Pakistanın tekstil sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycandakı investisiya imkanlarını araşdırmaq üçün ölkəmizə səfər edəcəklər.
ABC.AZ xəbər verir ki, bunu Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti bildirib.
Onun sözlərinə görə, Pakistandan olan iş adamlarının və onların azərbaycanlı tərəfdaşlarının iştirakı ilə Bakıda tədbir keçiriləcək.
“Pakistanın məşhur geyim brendi Azərbaycan bazarına daxil olmaq və böyümək istəyir. Şirkət kişi geyimlərinin geniş çeşidini, o cümlədən rəsmi kostyumlar, gündəlik geyimlər və aksessuarlar təklif edir. Biz onlar üçün yerli tərəfdaş axtarırıq, françayzinq razılaşması üçün potensial var. Müzakirələr davam edir və əminəm ki, tezliklə irəliləyiş görəcəyik”, – deyə PAKAZCHAM prezidenti qeyd edib. (Report)
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025