09:30 - 16.01.2025
16 yanvar, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə xeyli yüksəlişdən sonra cümə axşamı ticarətində artmağa davam edir.
Brent markalı neftin mart ayına olan fyuçersi ICE Futures birjasında saat 09:15-də $0,05 (0,06%) artaraq bir barelə $82,08-a yüksəlib. Yanvarın 15-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $2,11 (2,64%) artaraq bir barel üçün $82,03-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçersləri saat 09:15-də $0,10 (0,12%), bir barelə $80,14-a yüksəlib. Yanvarın 15-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri $2,54 (3,28%) artaraq bir barelə $80,04-a yüksəlib.
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
15 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025
17 Fevral 2025