2023-2024-cü tədris ilində neçə tələbə universitetlərdən xaric edilib?

10:49 - 16.01.2025


16 yanvar, Fineko/abc.az. 2023-2024-cü tədris ilində Azərbaycanda ali təhsil müəssisələrindən hərbi xidmətə çağırış, yaşayış yerini dəyişmək, xəstəlik və inzibati qaydaları pozmaq səbəbindən 1 343 tələbə xaric edilib.

ABC.AZ xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bunlardan 1 144 nəfəri dövlət qurumları tabeliyində olan ali təhsil müəssisələrinin payına düşür.