11:39 - 16.01.2025
16 yanvar, Fineko/abc.az. ABŞ Qırğızıstanın "Keremet Bank"ını Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək etməkdə ittiham edib.
ABŞ Maliyyə Nazirliyi yanvarın 15-də Rusiyanın Ukraynada hərbi əməliyyatı ilə əlaqədar tətbiq olunan sanksiya siyahısını genişləndirib. Qırğızıstanın "Keremet Bank"ı da yenilənmiş reyestrə daxil olub.
ABC.AZ xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Qırğızıstan Bankı ən azı 2024-cü ilin yayından "sanksiyalardan yayınma sxemini həyata keçirmək üçün, ABŞ-ın sanksiya siyahısına daxil edilmiş Rusiya rəsmiləri və Rusiyanın "Promsvyazbank" (PSB) ilə hərəkətləri əlaqələndirir".
"Keremet Bank" Qırğızıstanın ABŞ hakimiyyətinin sanksiya tətbiq etdiyi ilk bankı oldu.
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025