15:56 - 6.11.2017
6 noyabr,Fineko/abc.az. Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində “BakuBus” şirkətinin ekspress marşrutlarının avtobusları üçün daha bir dayanacaq təşkil edib.
Şirkətin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevin sözlərinə görə, yeni dayanacaq oktyabrın 29-dan fəaliyyət göstərir. Yeni dayanacaq, uçuşları Heydər Əliyev Beynəlxalq Hava Limanının 2-ci terminalından həyata keçirilən “Buta Airways” aşağıbüdcəli aviaşirkətin sərnişinləri üçün nəzərdə tutulub.
“Artıq sərnişinlərimiz həm 1-ci, həm də 2-ci terminalların qarşısından ekspress xəttimizin xidmətlərindən istifadə edə bilər. Avtobuslar saat 6:00-dan 20:00-dək yarım saatlıq, saat 21:00-dan 6:00-dək isə bir saatlıq intervalla Heydər Əliyev Beynəlxalq Hava Limanı və Bakı Dәmir Yolu Vağzalı istiqamətində və əksinə hərəkət edir”, - M.Piriyev belə deyib.
13 May 2025
13 May 2025
12 May 2025
12 May 2025
12 May 2025