Bu bankın kredit portfeli 5,86 milyard manata çatdı

12:18 - 16.01.2025


16 yanvar, Fineko/abc.az. Cari ilin yanvarın 1-nə  “Azərbaycan Beynəlxalq Bankı”nın cəmi aktivləri 0.3% azalaraq 13,63 mlrd. manata enib.

ABC.AZ xəbər verir ki, bununla belə ötən il ABB-nin kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 25%-dən çox artaraq 5,86 mlrd. manata çatıb. 2023-cü ildə bu rəqəm 4,68 mlrd. manat təşkil edib.

Bu dövrdə ABB-nin cəmi öhdəlikləri 11,58 mlrd. manat manat təşkil edib ki, bu da 2024-cü ilin əvvəlinə nisbətən 2,4% azdır.

Bankın depozit portfeli (Müştərilərin depozitləri) isə 2024-cü ildə 10 mlrd. manatı ötüb. Bir ildə ABB-nin əmanət portfeli 6,5% və ya 610 mln. manat artıb.

2025-ci il yanvar ayının 1-nə ABB-nin cəmi kapitalı isə 1,81 mlrd. manatdan 2,05 mlrd. manata yüksəlib.