Ötən il avtomobil benzini və dizel yanacağından 3 423.1 milyon manat gəlir əldə olunub

14:47 - 16.01.2025


16 yanvar, Fineko/abc.az. 2024-cü ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 3 423.1 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 6.8% çoxdur.

Qeyd edək ki, ötən il alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.5 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.