İrakli Kobaxidze Azərbaycana gəlir

15:05 - 16.01.2025


16 yanvar, Fineko/abc.az. Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Bakı şəhərində, Gürcüstan və Azərbaycan Respublikasının Baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Komissiyanın iclasında hər iki ölkənin hökumət üzvləri iştirak edəcəklər. Baş nazir İrakli Kobaxidzenin Azərbaycanda yüksək səviyyəli görüşləri planlaşdırılır.