Azərbaycanın xarici ticarət dövriyyəsi əsas bu ölkələrlədir - Siyahı

16:05 - 16.01.2025


16 yanvar, Fineko/abc.az. Ölkənin xarici ticarət dövriyyəsinin 23.9 faizi İtaliyanın payına düşüb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olmuş məlumatlara əsasən, bundan əlavə xarici ticarət dövriyyəmizin 13.0 faizi Türkiyə, 10.2 faizi Rusiya, 7.9 faizi Çin, 3.5 faizi ABŞ, 3.3 faizi Almaniya, 2.8 faizi Avstraliya, 2.4 faizi Çexiya, 2.2 faizi Hindistan, 2.0 faizi Xorvatiya, 1.8 faizi İsrail, 1.7 faizi Gürcüstan, hər biri 1.5 faiz olmaqla Bolqarıstan, Portuqaliya və Birləşmiş Krallıq, 1.4 faizi İran, 1.3 faizi Yunanıstan, hər biri 1.1 faiz olmaqla Rumıniya və Belarus, hər biri 1.0 faiz olmaqla İsveçrə, Qazaxıstan və Ukrayna, 12.9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.