BP şirkəti 4,7 min əməkdaşını işdən çıxaracaq

17:31 - 16.01.2025


16 yanvar, Fineko/abc.az. Britaniya “BP Plc” şirkəti işçi sayını 5% və ya təxminən 4,7 min nəfər azaltmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu CNBC telekanalı şirkətin məlumatına istinadən bildirib.

BP, həmçinin təxminən 3 min podratçının xidmətlərindən imtina edəcək.

Ötən ilin sonunda BP-nin rəhbəri Murrey Aukinklos 2026-cı ilin sonuna qədər xərclərin ən azı 2 milyard ABŞ dolları məbləğində azaldılması üçün tədbirlər elan etmişdi və bu gün elan edilən ixtisarlar bu tədbirlərin bir hissəsidir.