Yeni dövlət sistemi yaradılır - 3 milyon manat xərclənəcək

09:58 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə “Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi”nin yaradılması və əlaqədar xidmətlər nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 3 098 169 manat təşkil edir.