Çində pərakəndə satış və sənaye istehsalında artım sürətlənib

11:17 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. Çində dekabr ayında sənaye istehsalı illik nisbətdə 6,2% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika İdarəsi məlumat verib.

Beləliklə, artım noyabr ayında 5.4% ilə müqayisədə sürətlənib. Trading Economics-ə əsasən, analitiklər orta hesabla artım templərinin eyni səviyyədə qalmasını gözləyirdilər.

Ötən ay ÇXR-də pərakəndə satış noyabr ayında 3% artdıqdan sonra illik 3,7% artıb. Yüksəliş ardıcıl 23-cü ayın yekununda qeyd edilib.

Mütəxəssislər orta hesabla 3,5% artım gözləyirdilər.

Dekabr ayında Çində işsizlik bir ay əvvəl 5 % ilə 5,1%-ə yüksəlib. Eyni zamanda, konsensus proqnozu dəyişikliyi nəzərdə tutmurdu.

ÇXR-də əsas aktivlərə qoyulan investisiyalar 2024-cü ildə 3,2% artıb. 3,3% artım gözlənilirdi.