12:07 - 17.01.2025
17 yanvar, Fineko/abc.az. Pakistanın Azərbaycanda bəzi əməliyyatları olan böyük banklarından biri (adı açıqlanmır) ölkəmizdə mövcudluğunu genişləndirməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti bildirib.
Bundan başqa, onun sözlərinə görə, Pakistanın bəzi sığorta şirkətlərinin Azərbaycan bazarı ilə bağlı planları mövcuddur: “PAKAZCHAM “Azərbaycan Sığortaçılar Assosiasiyası” ilə “Pakistan Sığorta Assosiasiyası” arasında əməkdaşlıqda vasitəçidir. Bu tərəfdaşlıq iki ölkənin sığorta şirkətlərinin birgə işləməsi, sərhədlərarası müştəriləri müəyyən etməsi və sərhədlərarası məhsullar hazırlaması üçün imkan yaradacaq, bununla da təkcə hər iki ölkənin sığorta sektorlarını gücləndirməyəcək, həm də Azərbaycan və Pakistan arasında ümumi iqtisadi əməkdaşlığa töhfə verəcək”. (Report)
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025