Ötən il fərdi sahibkarlar tərəfindən 64.1 milyard manatlıq sənaye məhsulu istehsal edilib

14:05 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64.1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1.1 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0.5 faiz, qeyri neft-qaz sektorunda isə 7.3 faiz artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 64.3 faizi mədənçıxarma sektorunda, 29.8 faizi emal sektorunda, 4.9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1.0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3.6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6.2 faiz artıb.