Emal sektorunda ən çox istehsal edilən sənaye məhsulları - Siyahı

14:20 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64.1 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

ABC.AZ xəbər verir ki, emal sektorunda əczaçılıq məhsullarının istehsalı 81.5 faiz, mebel istehsalı 45.9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44.7 faiz, hazır metal məmulatlarının istehsalı 38.9 faiz, elektrik avadanlıqlarının istehsalı 32.8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27.1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25.9 faiz, geyim istehsalı 24.7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 18.0 faiz, tikinti materiallarının istehsalı 16.9 faiz, içkilərin istehsalı 15.7 faiz, qida məhsullarının istehsalı 10.5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9.3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6.5 faiz, kağız və karton istehsalı 5.9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4.7 faiz, tütün məmulatlarının istehsalı 4.1 faiz, sair sənaye məhsullarının istehsalı 2.8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 0.9 faiz artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 1.2 faiz, neft məhsullarının istehsalı 11.0 faiz, poliqrafiya məhsullarının istehsalı 23.7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50.3 faiz, maşın və avadanlıqların istehsalı isə 51.4 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1.7 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2.7 faiz artıb.