"Evdə tək" filmində çəkilən malikanə 5,5 milyon dollara satılıb

14:21 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. "Evdə tək" filmində çəkilən malikanə 5,5 milyon dollara satılıb. 

ABC.AZ xəbər verir ki, ev ötən ilin may ayında 5,250 milyon dollara satışa çıxarılıb. 

Məlumata görə, filmdə yalnız evin xarici fasadı göstərilib. Yaşayış üçün ev genişdir: burada 5 yataq otağı, 6 vanna otağı, yüksək keyfiyyətli kinoteatr və geniş idman zalı var.