14:30 - 17.01.2025
17 yanvar, Fineko/abc.az. Türkiyənin dövlət bankları “Visa” və “Mastercard” kartlarının verilməsini dayandırır.
ABC.AZ xəbər verir ki, onların yerinə ölkədə “Troy” milli ödəniş sistemi istifadə ediləcək. Bununla bağlı sərəncamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Media bu dəyişiklikləri “dövlət ödənişlərinin yeni dövrü” adlandırır, çünki indi pensiyalar, təqaüdlər, sosial müavinətlər və s. “Troy” sistemi vasitəsilə ödəniləcək. “Visa” və “Mastercard” isə yalnız mövcud kartlar yeniləndikdə veriləcək.
Qeyd edək ki, 2024-cü ilin birinci yarısının sonuna qədər 185 ölkədə “Troy” kartları qəbul edilməyə başlayıb.
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025
7 Fevral 2025