15:00 - 17.01.2025
17 yanvar, Fineko/abc.az. Google bio-kömürlə karbonun çıxarılması üzrə dünyanın ən böyük sazişini imzalayıb.
ABC.AZ xəbər verir ki, şirkət Hindistan Varaha startapından 100.000 ton co₂ karbon krediti alacaq. Bu, AI işlənməsindən artan emissiyaları kompensasiya etməyə kömək edəcək.
Müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub. Bio kömür, Hindistanın Gujarat əyalətindəki Varaha zavodunda yerli otları sıxışdıran və otlaqlara zərər verən invaziv Prosopis Juliflora bitkisindən istehsal ediləcəkdir.
Bio kömür, karbonun uzunmüddətli çıxarılmasının ən perspektivli yollarından biri hesab olunur. İçindəki karbon 1000 ilə 2500 il arasında qapadılmış vəziyyətdə qalır ki, bu da emissiyaları kompensasiya etmək üçün ideal bir vasitədir. Varaha, texnologiyasının karbonun 1600 il saxlanılmasını təmin etdiyini iddia edir.
14 Fevral 2025
14 Fevral 2025
14 Fevral 2025
14 Fevral 2025
12 Fevral 2025
12 Fevral 2025
12 Fevral 2025
12 Fevral 2025
12 Fevral 2025