China Telecom və Huawei ağıllı mobil qüllə texnologiyasının ilk sınağını keçirib

17:05 - 17.01.2025


17 yanvar, Fineko/abc.az. Çin şirkəti adi mobil qüllələri təkmilləşdirərək onları ağıllı şüa izləmə sistemlərinə çevirib.

ABC.AZ xəbər verir ki, dünyanın ən böyük mobil operatoru olan China Mobile ilə birlikdə Huawei, Şençjendə texnologiyanın ilk sınaqlarını keçirdi. Şirkətin mətbuat xidməti bu texnologiyanı simsiz rabitə sahəsində inqilab və gələcəyin ağıllı şəbəkələrinin inkişafında mühüm addım adlandırır.